Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər

dunyanin-bir-sira-olkelerinin-vetendaslari-xocaliya-edalet-isteyibler
Oxunma sayı: 666

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət” istəyiblər. 

“Qafqazinfo” xəbər verir ki, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət” deyiblər. 

Videomüsahibədə müxtəlif yaş kateqoriyasına daxil olan insanlar iştirak edib. Onlar “Xocalıda soyqırım olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyib. 

Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi  fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi Youtube kanalında tanış olmaq olar. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.