Dünyanın buz altındakı ən böyük gölü tapıldı

dunyanin-buz-altindaki-en-boyuk-golu-tapildi
Oxunma sayı: 639

Rusiya alimləri Antarktida materikində 30 il davam edən qazma işlərindən sonra dünyanın buz altında yerləşən ən böyük gölünə çata biliblər. Tədqiqatçılar "Vostok" adlandırılan bu nadir gölə çatmaq üçün 4 kilometr qalınlığında olan buz qatını deşməli olublar. Buz qatının deşilməsi cəhdi ilk dəfə 1989-cu ildə SSRİ, Fransa və ABŞ alimləri tərəfindən edilmişdi.

Mütəxəssislər ehtimal edirlər ki, "Vostok" gölündə yer biosferindən təcrid olunmuş nadir orqanizmlər yaşaya bilər. Göldə həyatın mövcudluğu ehtimalı suyun temperaturunun yüksək, yəni dibdə 10 dərəcədən çox olması və adi preslənmiş suda mövcud olan oksigendən 50 dəfə çox oksigenə malik olması ilə izah edilir. Gölün üzərindəki buz qatının qalınlığının təzyiqinə baxmayaraq, mikroorqanizmlərin bu şəraitə öyrəşdiyi ehtimal edilir.

Alimlərin fikrincə, buz altında olan ən böyük gölün sahəsi 15,5 min kvadrat km, dərinliyi isə 1200 m təşkil edir. Qeyd edək ki, "Vostok"dan əlavə, Antarktidada 400-dən çox buzaltı gölün olduğu bildirilir.

anspress