Dünyanın ən bahalı dikdabanı nümayiş olundu

dunyanin-en-bahali-dikdabani-numayis-olundu
Oxunma sayı: 2911

Dubayın Bürc-əl-Ərəb otelində dünyanın ən bahalı dikdabanı nümayiş olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qızıl və brilyantlardan hazırlanan ayaqqabını dəyəri 17 milyon dollardır. Dikdabanın ön hissəsindəki brilyant 15 karatdır. Üst qismində isə 236 ədəd brilyant düzülüb.