Dünyanın ən bahalı futbol klubu açıqlandı - Siyahı

dunyanin-en-bahali-futbol-klubu-aciqlandi
Oxunma sayı: 4295

"Forbes" dünyanın ən bahalı futbol klublarının siyahısını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, iki il ardıcıl olaraq siyahıya "Mançester Yunayted" rəhbərlik edir. Joze Mourinyo komandanın gəlirlərini 12% artıraraq 4,123 milyard dollara çatdırıb. Reytinq cədvəlində Madrid "Real"ı ikinci (4,088 milyard dollar), "Barselona" üçüncü (4,064 milyard dollar) yeri tutub. Sonrakı ardıcıllıq isə belədir: 

4. "Bavariya" - 3,063 mlrd 

5. "Mançester Siti" - 2,474 mlrd

6. "Arsenal" - 2,474 mlrd 

7. "Çelsi" - 2,062 mlrd

8. "Liverpul" - 1,944 mlrd

9. "Yuventus" - 1,472 mlrd 

10. "Tottenhem" - 1,237 mlrd