Dünyanın ən bahalı klubları açıqlandı - Siyahı

dunyanin-en-bahali-klublari-aciqlandi
Oxunma sayı: 1426

“Forbes” jurnalı dünyanın ən bahalı idman klublarının siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk pillədə “Dallas Kouboys” (Amerika futbolu) klubu qərarlaşıb. Komandanın dəyəri 5 milyard avrodur.

Beysbol klubu olan “Nyu-York Yankis” isə 4,6 milyard avro ilə ikinci pillədədir.

İspaniyanın “Real” klubu isə 3-cü pillədə yer tutur. Madrid təmsilçisinin dəyəri 4,24 milyard avrodur.

“Barselona” 4.02 milyard avro ilə 4-cü, basketbol klubu “Nyu-York Niks” isə (4 milyard avro) 5-cidir.

İlk “10-luq” ardıcıl olaraq “Mançester Yunayted, (3.81), “Nyu-İnqlend Petriots” (Amerika futbolu, 3,8), “Los-Anceles Leykers” (basketbol, 3,7), “Qolden Steyt Uorriors” (basketbol, 3,5), “Nyu-York Cayants” (Amerika futbolu, 3,3) kimi klublarla tamamlanır.