Dünyanın ən bahalı qapıçı transferi reallaşdı

dunyanin-en-bahali-qapici-transferi-reallasdi
Oxunma sayı: 5474

“Liverpul” klubu “Roma”nın 25 yaşlı braziliyalı qapıçısı Alisson Bekeri heyətinə qatıb.

“Qafqazinfo” xəbər verir ki, İngiltərə klubu bu transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyib.

Bu isə futbol tarixində bir qapıçı üçün ödənilən ən yüksək məbləğdir.

Xatırladaq ki, “Liverpul” ötən il Vircil van Dayka 84 milyon ödəyərək ən bahalı müdafiəçi rekordunu da qırmışdı.

Qeyd edək ki, Bekerdən öncə ən bahalı qapıçı 2001-ci ildə “Parma”dan 52,88 milyon avroya “Yuventus”a keçən Canluici Buffon idi.