Dünyanın ən bahalı şirkətinin adı açıqlanıb

dunyanin-en-bahali-sirketinin-adi-aciqlanib
Oxunma sayı: 1043

Milyarder Ceff Bezosun sahibi olduğu “Amazon” şirkəti dünyanın ən bahalı şirkəti seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin bazar kapitallaşması 796 milyard dollardan çox təşkil edib. 

İkinci yerdə 789 milyard dollarla “Microsoft” şirkəti qərarlaşıb. Üçüncü pillədə isə 745 milyard dollarla “Google”un da tərkibinə daxil olduğu “Alphabet” holdingi yer alıb. 

Onların ardınca sıralamada 702 milyardla “Apple” şirkəti var. 

Qeyd edək ki, hazırda Bloomberg Billionaires Indexin hesablamasına görə, “Amazon”un sahibi Ceff Bezosun sərvəti 135 milyard dollardır.