Dünyanın ən bahalı supermodeli Çinə buraxılmadı - Buddistləri təhqir edib

dunyanin-en-bahali-supermodeli-cine-buraxilmadi
Oxunma sayı: 3684

Noyabrın 20-də Çinin Şanxay şəhərində ilin ən çox gözlənilən moda tədbirlərindən biri- “Victoria's Secret” brendinin yeni kolleksiyasının nümayişi olacaq.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bütün “mələk”lər Çinə viza ala bilsələr də, dünyanın ən bahalı modellərindən biri, “İlin qadını” olan Cici Hadid möhtəşəm şou podyumunda görünməyəcəyini bildirib.

“Mən bu il Çində nümayişə çıxa bilməyəcəyim xəbərinə görə çox təəccüblənirəm. VS ailəmi sevirəm və qəlbən qızlarımla olacağam”, - deyə Cici Hadid söyləyib.

Qeyd olunur ki, bunun səbəbi supermodelin 9 ay əvvəl sosial şəbəkələrdə buddist dinini təhqir etdiyi videonu yerləşdirməsi olub. Belə ki, o, 9 saniyəlik videoda özü kimi modelliklə məşğul olan bacısı Bella ilə birlikdə Buddanın formasında olan peçenyenin dadına baxıb.