Dünyanın ən böyük binası tikildi - - Fotolar

dunyanin-en-boyuk-binasi-tikildi-
Oxunma sayı: 2689


Sahəsi 1,76 milyon kvadratmetr olan bu binaya Sidneyin 20 opera teatrı və ABŞ-ın Pentaqon binası böyüklüyündə 3 tikili yerləşə bilər.

“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, “The New Century Global Center” adlanan binanın uzunluğu 500 metr, eni isə 400 metrdir. Burada çoxsaylı ticarət mərkəzləri və ofislər yerləşəcək. Bundan əlavə, binada Beynəlxalq tədbirlərin və yarışların keçirilməsi də nəzərdə tutulur.

Ölkə rəhbərliyi 2020-ci ilədək binanın yerləşdiyi ərazinin yaxınlığında aeroport tikilməsini planlaşdırır.