Dünyanın ən böyük məscidi Azərbaycanda olacaq

dunyanin-en-boyuk-mescidi-azerbaycanda-olacaq
Oxunma sayı: 686

Bu barədə “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.

Xatırladaq ki, Pakistanın paytaxtı İslamabadda yerləşən “The Shah Faisal Mosque” (Şah Faisal Məscidi) Ginesin rekordlar kitabına düşmüş dünyanın ən böyük məscididir. Bu məscidin tikintisinə 1976-cı ildə başlanılıb, 1986-cı ildə isə başa çatıb. Ənənəvi məscidlərdən çox fərqli görünüşə malik olan Şah Faisal məscidi ərəb çadırları şəklində çox geniş ibadət yerinə və 4 minarəyə sahibdir. Məscidin 5000 kvadratmetr sahəsi var və əsas ibadəd yerində 74 min nəfər, açıq ərazisində isə 200 min nəfər ibadət edə bilir. Şah Faisal məscidinin tikintisi 120 milyon ABŞ dollarına başa gəlib. /SalamNews/