Dünyanın ən böyük Quranının təqdmatı oldu

dunyanin-en-boyuk-quraninin-teqdmati-oldu
Oxunma sayı: 632

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, dünyanın ən böyük Qurani-Kəriminin tamamlanması, böyük bir müvəffəqiyyət olaraq xarakterizə edilib.

218 səhifə üzərinə dekorasiyaya edilmiş və 30 fərqli xətt dizaynları ilə hazırlanmış nəhəng kitabın hazırlanması üçün tam beş il sərf edilib.

Dünyanın ən böyük Qurani-Kəriminin təqdimatında din xadimləri, alimlər və hökumət rəsmiləri iştirak edib. Kitab 2 metr uzunluğunda, 3 metr genişliyində və 218 səhifədən ibarətdir.

Bundan əvvəlki ən böyük Qurani-Kərim, Tatarıstan Respublikasını paytaxtı Kazanda sərgilənirdi və onun genişliyi 2 metr, eni isə 1.5 metr idi.