85 metr hündürlüyündə olan ağacın işıqlandırılması üçün 3000 lampadan istifadə edilib. Yeni il ağacının qurulmasında 10 mindən çox işçi əmək sərf edib. Onun işıqlarına isə 1 milyon dollar pul xərclənib.
Ağac 27-mərtəbəli bina ilə eyni hündürlükdədir. Yolkaya tamaşa etmək üçün 5000-dən çox adam toplaşıb. Yeni il ağacı təntənəli mərasimlə işıqlandırıldıqdan sonra atəşfəşanlıq və konsert olub.