Dünyanın ən çirkli havası bu şəhərlərdədir - Siyahı

dunyanin-en-cirkli-havasi-bu-seherlerdedir
Oxunma sayı: 4384

Çikaqo Universiteti dünyanın ən çirkli havasına sahib şəhərlərin adlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən çirkli havası Hindistanın paytaxtı Dehlidə müşahidə olunub. İkinci yerdə Çinin paytaxtı Pekin, üçüncü yerdə Hindistanın Kəlküttə şəhəri qərarlaşıb.

Daha sonrakı yerləri Makedoniyanın Skopye şəhəri, ABŞ-ın San-Fransisko, Polşanın Krakov, Kosovanın Priştina, Monqolustanın Ulanbator, Pakistanın Lahor və Çinin Çehnqdu şəhərləri qərarlaşıb.