Dünyanın ən çox gözlədiyi uşaq doğuldu

dunyanin-en-cox-gozlediyi-usaq-doguldu
Oxunma sayı: 3470


Dünyanın çoxdandır gözlədiyi uşaq dünən axşam satlarında (saat 16: 24) dünyaya gəlib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, İngiltərə şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midltonun oğlu dünyaya gəlib. Yeni varisin 3 kiloqram 800 qram olduğu bildirilir.

Ana ilə körpəsi Londonun qərbindəki  “Müqəddəs Mariya” xəstəxanasında bir gün qalıb evlərinə buraxılacaqlar. Artıq ölkə bu hadisəni qeyd etmək üçün bayram tədbirlərinə hazırlaşır. 

Kensinqton sarayının məlumatına görə, Kembric hersoginyası doğuş sancıları başladığına görə iyulun 22-də səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Kral ailəsinin yeni doğulmuş körpəsi kraliçanın sayca üçüncü nəticəsi olacaq. Yeni körpə tax-taca şahzadə Çarlz və şahzadə Uilliamdan sonra yer alacaq.