Dünyanın ən çox maaş alan futbolçusu “Beşiktaş”da?

dunyanin-en-cox-maas-alan-futbolcusu-besiktasda
Oxunma sayı: 1196


 “Qafqazinfo” xəbər verir ki, gələn il qarşısına çempion olmaq hədəfi qoyan “Beşiktaş” Samuel Eto kimi ulduz futbolçunu transfer etmək istəyir. “Anji” klubunda illik olaraq 20 milyon avro maaş alan və bu göstəricisinə görə dünyanın ən çox maaş alan futbolçusu sayılan Samuel Eto “Beşiktaşa” cəmi 5-6 milyon avroluq maaşa gələ bilər. Bu faktı “Beşiktaş”ın prezitentliyə namizədi Sərdar Adalı açıqlayıb. 

O, bildirib ki, Eto “Beşiktaş”da oynamaq təklifinə müsbət reaksiya verib və danışıqlarda sona qədər bir problem olmasa, 32 yaşlı  futbolçu Türkiyədə kariyerasına davam edə bilər.


İqbal