Dünyanın ən çox turist cəlb edən şəhərləri - Siyahı + Fotolar

dunyanin-en-cox-turist-celb-eden-seherleri
Oxunma sayı: 7344

“Euromonitor” araşdırma şirkəti 2017-ci ildə dünyanın ən çox turist cəlb edən şəhərləri ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Top 10”da Asiya ölkələri üstünlük təşkil edib.

Belə ki, Asiyanın 6 şəhəri ən çox ziyarət edilənlər arasında özünə yer tapıb.

Bundan başqa, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə də siyahıda təmsil olunub.

Həmin siyahını təqdim edirik:

1. Honq-Konq (Çin) – 26,6 milyon nəfər;

2. Banqkok (Tailand) – 21,2 milyon nəfər;

3. London (İngiltərə) – 19,2 milyon nəfər;

4. Sinqapur (Sinqapur) – 16,6 milyon nəfər;

5. Makau (Çin) – 15,4 milyon nəfər;

6. Dubay (BƏƏ) – 14,9 milyon nəfər;

7. Paris (Fransa) – 14,4 milyon nəfər;

8. Nyu-York (ABŞ) – 12,7 milyon nəfər;

9. Şencen (Çin) – 12,6 milyon nəfər;

10. Kuala Lumpur (Malayziya) – 12,3 milyon nəfər.