Dünyanın ən gözəl cütlüyü daha bir uşaq arzulayır

dunyanin-en-gozel-cutluyu-daha-bir-usaq-arzulayir
Oxunma sayı: 2708


ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın məşhur jurnalı olan "OK!"də xəbər dərc olunub. Bundan öncə isə Ancelina qeyd etmişdi ki, əməliyyat etdirərək yumurtalıqlarını götüzdürməmişdən qabaq yumurta hüceyrələrini donduracaq. Ancelina və sevgilisi aktyor Bred Pitt gələcəkdə bir daha övlad sahibi olmaq istədiklərini bildiriblər. 

"Ancelina süni yol ilə hamilə qalmaq üçün artıq bir neçə ay bundan qabaq prosedurlara başlayıb. Əlbəttə, bu, hələ xeyli müddət vaxt aparacaq. Aktrisa isə əkiz övladlarına sahib olmaq üçün günlərini sayır. Tez bir zamanda onları qucağına almaq istəyir. 

Məşhur jurnal xoş xəbər ilə oxucularına belə bir məlumat çatdırıb. Bundan əlavə olaraq onlar qeyd ediblər ki, Ancelina hamilə olduğu zaman gəlinlik geyimi geyinmək istəyir. Ola bilsin ki, Ancelina və Bred yay aylarında özlərinə toy etsinlər.

Xatıqladaq ki, 38 yaşlı Coli və 50 yaşlı Bred hələ ki, evlənmədiklərinə baxmayaraq 6 uşaq tərbiyə edirlər. Bunlar 12 yaşlı Meddoks, 9 yaşlı Paksa, 7 yaşlı Şaylo, 8 yaşlı Zaxar və 5 yaşlı əkizlər Noks və Viven.