Dünyanın ən gözəl qızları bu ölkələrdə yaşayır

dunyanin-en-gozel-qizlari-bu-olkelerde-yasayir
Oxunma sayı: 7224

“Missosology” portalı dünyanın ən gözəl qızlarının yaşadığı ölkələrin reytinq cədvəlini hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, reytinq cədvəlinə Venesuela liderlik edib. 2018-ci ilin gözəllik müsabiqələrində fərqlənən Venesuela “Miss İnternational” qalibi, “Miss Universe”nin ikincisi olub, “Miss World”, “Miss Supranational”, “Miss Earth” yarışmalarında iştirak edib. 

Reytinq cədvəlində 2-ci yerdə Filippin, 3-cü yerdə Meksika, 4-cü yerdə Vyetnam, 5-ci yerdə isə Cənubi Afrika qərarlaşıb.