Dünyanın ən gözəl şəhərinin adı açıqlandı - Foto

dunyanin-en-gozel-seherinin-adi-aciqlandi
Oxunma sayı: 4582

Avstraliyanın Melburn şəhəri dünyanın ən gözəl şəhəri seçilib.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, bununla Melburn 7-ci dəfə dünyanın ən gözəl şəhərlərinin içərisində birinci yerə çıxıb.

140 şəhər arasında aparılan sorğu zamanı əsas diqqət təhlükəsizlik, səhiyyə, mədəniyyət, ətraf mühitin mühafizəsi, təhsil və infrastrukturaya yönəldilib.

İkinci yerdə Avstriyanın Vyana şəhəri, 3-cü yerdə isə Kanadanın Vankuver şəhəri bərqərar olub.