Dünyanın ən güclü klublarının yeni reytinqi - “Qarabağ” 5 pillə irəlilədi

dunyanin-en-guclu-klublarinin-yeni-reytinqi
Oxunma sayı: 2691

Dünyanın ən güclü klublarının yeni reytinq siyahısı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, "Clubworldranking"in hazırladığı cədvəldə Azərbaycan klubları da yer alıb.

Ən yaxşı nəticə "Qarabağ"dadı. Hesabında 1169 xal olan Ağdam təmsilçisi 532-cidir. Qurban Qurbanovun komandası ötən siyahı ilə müqayisədə 5 pillə irəliləyib.

Siyahıya düşən digər klublarımız - "Keşlə" 368 xalla 755-ci, "Qəbələ" 255 xalla 796-cı, "Zirə" isə 217 xalla 817-cidi. Bu klublar müvafiq olaraq, 3, 11 və 9 pillə irəliləyib.
 
Qeyd edək ki, cədvələ 18062 xalla "Real" başçılıq edir.