Dünyanın ən güclü məşqçiləri arasında o da var

dunyanin-en-guclu-mesqcileri-arasinda-o-da-var
Oxunma sayı: 648

Ən yaxşı klub çalışdırıcılarının siyahısına Azərbaycandan 4 mütəxəssisin adı düşüb. Ötən həftə olduğu kimi, yenə 731-ci pillədə qərarlaşan Böyükağa Hacıyev yerində sayır. 580 xalı olan “Neftçi”nin baş məşqçisi azərbaycanlılar arasında ən yüksək nəticəyə malikdir.

Onun ən yaxın izləyicisi isə klubundakı köməkçisi Tərlan Əhmədovdur. Hesabında 365 xal olan çalışdırıcı 4 pillə irəliləyərək 877-ci pilləyə yüksəlib. Artıq istefaya göndərilən Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov (“Bakı”) da irəliləyişə nail olub. Onların hərəsi önə 3 addım atıb. Mütəxəssislər müvafiq olaraq, 1070-ci (164 xal) və 1289-cu (38 xal) pilləni tutub.

Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alan var. Bu, “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadzedir. O, 316 xalla 920-ci yerdədir. Sxadadze son 1 həftədə 3 pillə geriləyib.

Milli məşqçilərinin siyahısında yeganə təmsilçimiz isə yığmanın alman çalışdırıcısı Berti Foqtsdur. 2808 xalla 96-cı olan mütəxəssisin mövqeyi dəyişməz qalıb.

Qeyd edək ki, klub məşqçilərinin siyahısına Joze Mourinyo (“Real”, Madrid) və yığma məşqçilərinin cədvəlinə isə Visente del Boske (İspaniya) başçılıq edir.