Dünyanın ən hündür binası 220 mərtəbəli olacaq

dunyanin-en-hundur-binasi-220-mertebeli-olacaq-
Oxunma sayı: 649

Çinin “Broad Group” tikinti şirkəti 90 günə 220 mərtəbəli ev tikəcəyini elan edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 1 milyon kv.m sahədə və 838 metr hündürlüyündə olacaq bina Çinin Xunan vilayətinin Çanşa şəhərində inşa olunacaq.

Tikinti aparacaq şirkət iddia edir ki, bina 9 bal gücündə seysmik təkanlara dözümlü olacaq.

Şirkətin sirri ondan ibarətdir ki, onlar binanı hazır modullar əsasında qurur və bununla da həm vaxta və tikinti qiymətinə qənaət edir. Bu texnologiya əsasında çinlilər artıq 20-dən artıq hündürmərtəbəli binalar tikiblər. Belə binalardan biri 15 günə inşa edilmiş 30 mərtəbəli mehmanxanadır.

Beləliklə, “Sky City One” tikinti tarixində ən hündür bina olacaq. Binanın tikintisi 2013-cü ilin yanvar ayında başlayacaq və mart ayında yekunlaşdırılacaq.

Qeyd edək ki, hazırda dünyanın ən hündür tikilisi Dubayda 828 metr hündürlüyündə olan “Burj Khalifa” binasıdır.