Dünyanın ən hündür döyüşçüsündən - Gözlənilməz qərar

Dünyanın ən hündür döyüşçüsündən
Oxunma sayı: 2295

Hollandiyalı ağırçəkili idmançı Stefan Ştruve peşəkar fəaliyyətini davam etdirəcək.

“Qafqazinfo”nun məlumatına görə, MMA tarixində ən hündür döyüşçü (213 sm) dekabrın 7-də keçiriləcək UFC turnirində çıxış edəcək. Onun rəqibi amerikalı Ben Rotvell olacaq.

Xatırladaq ki, Niderlandan olan 31 yaşlı döyüşçü sonuncu dəfə bu ilin fevralında oktaqona çıxıb. S. Şturve həmin döyüşdə Rojerio da Limaya qalib gəlib və karyerasını başa vurduğunu elan edib. İdmançının aktivində 29 qələbə və 11 məğlubiyyət var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi