Dünyanın ən kiçik kamerası hazırlandı - Cəmi 1 mm

dunyanin-en-kicik-kamerasi-hazirlandi
Oxunma sayı: 2170

Miçiqan Universitetinin  mühəndisləri iddia edirlər ki, onlar tərəfindən yaradılmış kiçikölçülü kameranı istənilən yerə yerləşdirmək mümkündür.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ilk öncə alimlər kiçik korpusda iki sensoru (onlardan biri enerjini saxlayır, digəri isə onun həcmini qeydə alır) yerləşdirmək problemi ilə üzləşmişdilər.

Məlum olub ki, işığa həssas diodlar qəbul olunan işığın bir hissəsini keçirir, buna görə sensorlar bir-birinin altına yerləşdirilib.

Nəticədə daxili kameraya malik çip yaradılıb. Kameranın uzunluğu 860 mikrometr, eni isə 660 mikrometrə bərabərdir. 60 min lüksə (işıqlanma dərəcəsinin ölçü vahidi) bərabər olan günəşli gündə bu aparat saniyədə 15 kadr tezliyi ilə şəkillər çəkir. 30 min lüksə bərabər olan adi işıqlandırma vaxtı isə saniyədə 7,5 kadr tezliyi ilə şəkillər çəkir.