Dünyanın ən pis himni açıqlandı

dunyanin-en-pis-himni-aciqlandi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, nəşr İspaniyanın himnini dünyanın ən pis himni hesab edib. Aparılan araşdırmalar nəticəsində növbəti sıralamanı Şimali Koreya, Uruqvay və Yunanıstan gəlir. Siyahını Əlcəzair, Kolumbiya, İraq, Burkino-Faso, Qazaxıstan, Konqo Demokratik Respublikası tamamlayır.

Qeyd edək ki, bu tip reytinqlərdə nəticələr heç bir arqumentə əsaslanmır. Məsələn, “The Telegraph”ın İspaniyanı bu siyahıya daxil etməsinə səbəb himnində sözlərin olmamasıdır.

Onu da əlavə edək ki, 2007-ci ildə himn üçün ən yaxşı sözlər yazılması üçün müsabiqə təşkil olunsa da ictimaiyyətin kəskin tənqidləri sonda təşkilatçıları himnə sözlərin əlavə edilməsi fikrindən daşınmağa vadar etdi.