Dünyanın ən sevimli cütlüyü evlənir

dunyanin-en-sevimli-cutluyu-evlenir
Oxunma sayı: 655

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cütlüyün toyu bu yaz olacaq. Dünyanın ən məşhur insanlarından olan Bred və Ancelina özlərinə möhtəşəm toy etməyi düşünür.

Aktyorlara bu fikirlərindən daşınaraq toyu tezləşdirmək haqqında qərar vermələrinə uşaqları kömək edib. Bunu Pitt özü də etiraf edib. "Uşaqlar bizə böyük təsir göstəririlər. Biz bunun onlar üçün belə önəmli olduğunu gözləmirdik. Ancaq artıq məndə hiss edirəm ki, vaxtdır. Qəribədir ki, biz bu qədər müddətdir ki, birlikdəyik amma mən yenədə həyəcanlanıram. Heç vaxt düşünməzdim ki, toy mənim üçün belə böyük məna kəsb edə bilər".

Qeyd edək ki, cütlüyün 6 uşağı var. Onlardan 3-ü doğma, 3-ü isə övladlıqdır.