Dünyanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb

dunyanin-en-tehlukeli-seherlerinin-adlari-aciqlanib
Oxunma sayı: 2371

Meksikanın qeyri-hökumət təşkilatının ekspertləri 2017-ci il üzrə dünyanın ən təhlükəli şəhərlərinin siyahısını hazırlayıblar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, reytinqdə ilk pillədə Meksikanın Los-Kabos şəhəri qərarlaşıb. İkinci pillədə Venesuelanın paytaxtı Karakas, üçüncü pillədə isə Meksikanın Akapulko şəhəri qərarlaşıblar.

Reytinqə cəmi 50 şəhər düşüb. Şəhərlərin əksəriyyəti Latın Amerkiası ölkələrində yerləşir. Siyahıda ən çox yer alan Braziliya və Meksika şəhərləridir - 17 və 12.