Dünyanın ən təhlükəsiz ölkələrinin adı açıqlandı

dunyanin-en-tehlukesiz-olkelerinin-adi-aciqlandi
Oxunma sayı: 2499

2019-cu ildə dünyanın ən təhlükəsiz ölkələrinin adı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, reytinq cədvəli “Global Finance” jurnalında yayımlanıb.

Mütəxəssislər cinayətkarlığın səviyyəsi, iqtisadi inkişafı və təbii fəlakət ehtimallarını nəzərə alaraq 128 ölkə üçün təhlükəsizlik indeksini hesablayıblar. Sözügedən siyahıda liderliyi İslandiya ələ alıb, 2-ci pillədə İsveçrə, 3-də isə Finlandiya dayanıb. Reytinq cədvəlinin ilk iyirmiliyində Avropa ölkələri, eləcə də Kanada, Yeni Zelandiya, Sinqapur və Qətər yer alıb.

Yüksək iqtisadi inkişafına baxmayaraq ABŞ bu siyahıda 65, tez-tez sunami və zəlzələ ilə üzləşən Yaponiya isə 43-cü sıradadır. Mütəxəssislər Rusiyanın son dövrlərdəki iqtisadi çətinliklərini nəzərə alaraq ölkəni 108-ci pillədə görüblər.

Ən təhlükəli ölkələr isə Qvatemala, Yəmən və Filippin hesab edilib.

Aysel Kərimova