Dünyanın ən uzun avtobusu

dunyanin-en-uzun-avtobusu-
Oxunma sayı: 763

"Qafqazinfo"nun məlumatına görə, Drezden şəhərində hazırlanmış yeni avtobusun uzunluğu 30 metr, oturacaqlarının sayı isə 265-dir. "Die Autotram Extra Grand" adını daşıyan avtobus istənilən sürücü tərəfindən idarə oluna bilər. Avtobusun əsas xüsusiyyəti yanacağa qənaət etməsi, ətraf mühitə zərər verməməsi və ümumi yolda rahatlıqla hərəkət etməsidir. Sentyabrda xəttə buraxılacaq avtobus sərnişinlərə xidmət göstərəcək. Almaniya 3,4 milyon avroya başa gələn avtobusu Hindistan, Rusiya, Çin kimi əhalisi sıx olan ölkələr üçün istehsal etməyi planlaşdırır.

Raminə