Dünyanın ən uzun körpüsü açıldı

dunyanin-en-uzun-korpusu-acildi
Oxunma sayı: 766

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 4 ilə tamamlanan körpünün uzunluğu 42.58 kilometr, eni 35 metrdir. Dəyəri 1.5 milyard dollar dəyərində olan körpü ABŞ-ın Luiziana ştatındakı Lake Pontchartrain keçidinin rekordunu təzələmiş olub. Körpünün inşasında 65 Eyfel qülləsi tikməyə yetəcək qədər ümumilikdə 450 min ton polad istifadə edilib. Yeni körpü 8 bal gücündə zəlzələyə, tayfunlara və 300 min tonluq gəmi toqquşmasına davam gətirəcək şəkildə inşa edilib.

Səidə Teyyubqızı