Dünyanın ən varlı adamının 76 milyard sərvəti var

dunyanin-en-varli-adaminin-76-milyard-serveti-var
Oxunma sayı: 1765


Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olmuşdu. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlamışdı.

Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.