Dünyanın ən varlı insanı arvadından boşanır

dunyanin-en-varli-insani-arvadindan-bosanir
Oxunma sayı: 5066

Dünyanın ən varlı insanı Ceff Bezos həyat yoldaşı Makkenzi Tattldan boşanır.

“Qafqazinfo” xəbər verir ki, cütlük bu barədə Tvitterdə yazıb:

“Biz ayrılmağa və dost olaraq qalmağa qərar veridk”. Bezosla Tattl “uzun müddət düşündükdən və ayrılıqda yaşamağı sınaqdan keçirdikdən sonra” belə bir qərara gəldiklərini açıqlayıblar. 

Qeyd edək ki, Ceff və Makkenzi 1993-cü ildə ailə qurublar. Onların 3 oğlu və Çindən övladlıq götürdükləri bir qızı var. Bezosun var-dövləti 160 milyard dollardır.