Dünyanın ən varlı insanı özünə hava limanı tikdirir - Fotolar

dunyanin-en-varli-insani-ozune-hava-limani-tikdirir
Oxunma sayı: 3396

“Amazon”un sahibi Ceff Bezos öz şəxsi hava limanını inşa edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder şirkətinin onlayn ticarətini asanlaşdırmaq üçün tikməyə qərar verdiyi aeroport üçün 1,5 milyar dollar sərmayə qoyub. ABŞ-ın Kentukki ştatının Cincinati şəhərində tikilən hava limanı hazır olduqdan sonra 2 min nəfər işlə təmin olunacaq.

Simvolik olaraq ekskavatorun sükanı arxasına keçən Bezos təməlqoyma mərasimində iştirak edib. O, fotolarını sosial şəbəkədə paylaşıb.