Dünyanın ən xoşbəxt ölkələri - Biz də orda varıq

dunyanin-en-xosbext-olkeleri
Oxunma sayı: 3784

BMT-nin “Davamlı inkişaf həlləri” şəbəkəsinin hesabıtına görə dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, siyahıya Finlandiya liderlik edir. Onun arxasınca isə Norveç, Danimarka kimi ölkələr gəlib.

156 ölkə içərisində Azərbaycan 87-ci yerdə qərarlaşıb. Türkiyə isə siyahının 74-cü yerindədir.

Ən bədbəxt ölkələrin siyahısında isə Burundi ölkəsi zirvədədi. Siyahının növbəti pillələrini isə Afrika ölkələri tutub.

Xoşbəxtlik səviyyəsini müəyyən etmək üçün adambaşına düşən ümumi daxili məhsul, mühüm qərarları seçmək azadlığı, sağlam həyat yaşamaq, korrupsiya kimi kriteriyalar dəyərləndirilib.

Ülviyyə