Dünyanın ən yaraşıqlı məhbusu ilə klip çəkdirdi

dunyanin-en-yarasiqli-mehbusu-ile-klip-cekdirdi
Oxunma sayı: 3460

Rusiyanın məşhur pop ulduzu Olqa Buzova “Wi-Fi” adlı yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin son ekran işi ötən gün “Youtube” səhifəsində yayımlanıb və iki milyona yaxın insan baxıb. 

Aleksey Qolubeyin rejissorluq etdiyi klipdə dünyanın ən yaraşıqlı məhbusu kimi tarixə düşən və modellik etməyə başlayan Jeremy Meeks də rol alıb. 

Qeyd edək ki, 34 yaşlı Meeks qanunsuz silah gəzdirdiyinə görə ABŞ-da həbs olunmuşdu. Onun daha sonra həbsxanadan fotoları yayılmış və sosial şəbəkələrdə fenomenə çevrilmişdi.