Dünyanın ən yaşlı pişiyi öldü

dunyanin-en-yasli-pisiyi-oldu
Oxunma sayı: 2245

Böyük Britaniyada dünyanın ən yaşlı pişiyi ölüb.

“Qafqazinfo”nun “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, “Natmeq” ləqəbli pişik 32 il yaşayaraq rekord qırıb. 

Qeyd olunur ki, Liz Finley və həyat yoldaşı İen pişiyi 1990-cı ildə öz bağlarında tapdıqdan sonra onu saxlamağa başlayıblar. O vaxt “Natmeq” 5 yaşında olub. 

2015-ci ildə insult keçirən pişik xəstəliyə uzun müddət tab gətirə bilməyib və bu gün ölüb.