Dünyanın ən yaxşı ofisi açıqlandı

dunyanin-en-yaxsi-ofisi-aciqlandi
Oxunma sayı: 1638

“Bark” kompaniyasının ofisi dünyanın ən yaxşı ofisi seçilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə 2019-cu ildə açılan ən gözəl və innovativ ofislərin reytinqini hazırlayan “Inc.” jurnalı yazıb.   

Reytinq liderinin ofisi ABŞ-ın Kolumbus şəhərində yerləşir. “Bark” kompaniyası itlər üçün nəzərdə tutulan mallar istehsal edir. Daxili nizam-intizam qaydaları iş sahələrində itlərin olmasını müsbət qarşılayır: ofisdə gündəlik olaraq 50-ə yaxın it olur. Bu səbəbdən masaların yanında itlər üçün xüsusi örtüklü yerlər salınıb. Ofisin döşəməsi sement, vinil və rezinin qarışığından istehsal olunub. Bu da öz növbəsində təmizlik işlərnin aparılmasını asanlaşdırır. Ərazidə “Bark” itlər üçün meydança da salıb. 

İkinci yerdə İsveçrənin Cenevrə şəhərində yerləşən “Digital Luxury Group” kompaniyasının ofisi, üçüncü yerdə isə ABŞ-ın San-Fransisko şəhərində yerləşən “Gusto” firmasının ofisi qərarlaşıb.