Dünyanın ən zəngin 500 insanı 128 milyard itirib - Trampın açıqlamasından sonra

Dünyanın ən zəngin 500 insanı 128 milyard itirib
Oxunma sayı: 1635

Dünyanın ən zəngin 500 insanı bu həftənin əvvəlindən bəri 128 milyard dollar itirib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb ABŞ birja bazarlarında qiymətlərin düşməsi olub. Bu barədə Bloomberg saytı yazıb. 

Birja bazarlarında qiymətlərin düşməsindən ən çox amerikalı milyarderlər zərər çəkib. Onlar ümumlikdə 55 milyard dollar itiriblər. 

“Berkshire Hathaway”  investisiya fondunun rəhbəri Uorren Baffetin sərvəti fevralın 26-dan bəri 3,74 milyard dollar azalıb, “Facebook”un yaradıcısı Mark Zukerberq 3,72 milyard, "Alphabet” şirkətinin rəhbərləri Larri Peyc və Sergey Brin 3,1 və 3 milyard dollar itiriblər. 

“İnditex” və “Zara”nın sahibi Amansio Orteqo isə 2,5 milyard dollarından olub. 

Fond səhmləri prezident Donald Trampın polad və alüminiuma yeni tariflər tətbiq ediləcəyi ilə bağlı bəyanatından sonra dəyərdən düşməyə başlayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi