Dünyanın ən zəngin iş adamlarından biri saxlanıldı - 6,3 milyard dolları var

Dünyanın ən zəngin iş adamlarından biri saxlanıldı
Oxunma sayı: 2517

Rusiya Federasiya Şurasının üzvü, iş adamı Süleyman Kərimov Fransada saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, S. Kərimov Nitsa şəhərində hava limanında saxlanılaraq polis şöbəsinə aparılıb. 

Kərimovun saxlanılma səbəbi hələ ki, açıqlanmır. Rusiyalı diplomatlar onun sərbəst buraxılması istiqamətində işlər görürlər. 

Qeyd edək ki, 51 yaşlı biznesmen 6,3 milyard dollar sərvətə sahibdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi