Dünyanın gözlədiyi görüş baş tutdu - Video+ Fotolar+ Yenilənib

dunyanin-gozlediyi-gorus-bas-tutdu
Oxunma sayı: 8560

Şimali Koreya lideri Kim Çen İnlə ABŞ prezidenti Donald Trampın çoxdan gözlənilən Sinqapur görüşü başlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "Kapella" hotelində baş tutan sammitdə Kimlə Donald mehribancasına salamlaşaraq bir-birlərinin əlini sıxıblar. 

"Bu, mənim üçün böyük şərəfdir. Şübhəm yoxdur ki, bizim çox gözəl əlaqələrimiz olacaq", - Tramp görüş zamanı belə deyib. 

Kim Çen isə öz növbəsində Pxenyanla Vaşinqtonun aralarındakı bütün problemləri aşacaqlarına ümid etdiyini deyib: 

"Baxmayaraq ki, keçmiş bizim bir-birimizi eşitməyimizə və görməyimizə mane olurdu, bura problemlərin öhdəsindən gəlmək üçün təşrif buyurmuşuq". 

Görüşün 45 dəqiqə davam edəcəyi bildirilir. 

***

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin Sinqapurda təkbətək görüşü başa çatıb.

Tramp görüşün nəticələrini “çox yaxşı” dəyərləndirib. Hazırda hər iki ölkənin liderləri və nümayəndələri ilə birlikdə geniştərkibli görüşlər başlayıb.