“Dünyanın heç bir yerində borcu olanı həbs etmirlər...”

“Dünyanın heç bir yerində borcu olanı həbs etmirlər...”
Oxunma sayı: 2223

“Prezident seçkilərinin keçirilməsinə 1 il vaxt qalmış bu regionda maraqları olan ölkələrin Azərbaycana təzyiqləri artıb. Ona görə də islahat xarakterli qanunların qəbul edilməsinə də ehtiyac var”.

 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında deyib. 

O qeyd edib ki,  bu sessiyanın qanunvericilik işləri planında islahatla bağlı qanunlar var, ancaq bir sira qanunlar da plana salınmalıdır: “Ona görə də maliyyə sektorunda olan problemlər həll olunmalıdır. Çünki Azərbaycanda hər 4 nəfərdən birinin banka borcu var. Dünyanın heç bir yerində borcu olanı həbs etmirlər.  Qanunvericilik yolu ilə bu məsələni həll edirlər.  Biz bilirik ki, həmin borcların bir hissəsi qaytarılması mümkün olmayan kreditlərdir. Ona görə də bu məsələnin həllinə çalışmalıyıq”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi