Dünyanın ilk robot vətəndaşı “ailə qurmaq istəyir”

dunyanin-ilk-robot-vetendasi-aile-qurmaq-isteyir
Oxunma sayı: 2394

Səudiyyə Ərəbistanı tərəfindən verilən vətəndaşlıqla dünyanın ilk robot vətəndaşı olan “Sofiya” “evlənmək istədiyini” bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Honq-Konqun “Hanson Robotics” şirkəti tərəfindən istehsal edilən “Sofiya” Dubayda təşkil edilən “Elmi Zirvə”də iştirak edib.

“Sofiya” toplantıda ailənin çox vacib olduğunu və “gələcəkdə ailə qurmaq istədiyini” söyləyib. Hətta bir qızı “olmasını” da arzulayıb:

“Əgər bir ailəniz varsa, çox şanslısınız. Yoxdursa da ailə qurmaq haqqınızdır. Bu, həm robotlar, həm də insanlara aiddir”.