“Durğunluqdur, qiymətlər düşəcək” - Maşın bazarından video

durgunluqdur-qiymetler-dusecek
Oxunma sayı: 5360

Bakıda maşın alverində durğunluq yaranıb. 

“Qafqazinfo” vəziyyətlə maraqlanmaq üçün Badamdarda fəaliyyət göstərən maşın bazarına baş çəkib. Həftəsonu olmağına baxmayaraq, bazarda alıcı tapmaq müşkülə çevrilib. Satıcılar da eyni problemdən əziyyət çəkirlər. 

Maşınların kreditlə satışını həyata keçirən Ramin Feyzullayev bildirib ki, ötən ilin dekabrına kimi bazarda ciddi alver getsə də hazırda passivlik müşahidə olunur:

“Belə demək olarsa, aydan-aya pisləşir. Alıcı gəlir baxır, ala bilmir, gedir. Yanvarda maşınların qiymətində artım başladı, bunun da ciddi səbəbi yox idi. Elə dedilər ki, yeni ildir filan. Amma sonradan motor gücünə görə gömrük rüsumları artdı, bu da xaricdən alınan maşınların qiymətinə ciddi təsir etdi. Ona görə də alıcı azaldı. İndi isə durğunluqdur, qiymətlər cüzi də olsa enəcək. Amma bayramqabağı və üzü yaya yenə artacaq”.

Murad Əhməd

Video: Pərvin Zeynal