“Duşda ağlayırdım…” - Coli boşanmağından danışdı

dusda-aglayirdim
Oxunma sayı: 1037

Hollivud ulduzu Ancelina Coli ABŞ mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, ötən ilin sentyabr ayında Bred Pittdən boşanan aktrisa şəxsi həyatı barədə maraqlı fikirlər səsləndirib. 

42 yaşlı Coli ayrıldıqdan sonra 6 övladı ilə kirayə qaldığını söyləyib. 

“Yeni bir evə köçmək mən və uşaqlarım üçün böyük bir addımdır. Hamımız ailəmizi bir tutmağa çalışırıq. Ayrılığı həzm etmək üçün ev işləri görməyə başladım, övladlarıma vaxt ayırdım”. 

Ancelina boşanma ərəfəsində duşda ağladığını qeyd edib:

“Belə hallarda uşaqların gözü qarşısında yox, duşda ağlamağın önəmli olduğunu düşünürəm. Onların hər şeyin yaxşı olacağını düşünmələri çox vacibdir”.