Düşmən cavab atəşi ilə susduruldu

dusmen-cavab-atesi-ile-susduruldu
Oxunma sayı: 637


MN-dən "Qafqazinfo"ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Tərtər rayonunun Çaylı, Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.