Düşmənlə üz-üzə olan kənd susuz qalıb...

dusmenle-uz-uze-olan-kend-susuz-qalib
Oxunma sayı: 1220


AzNews.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qazaxın Cəfərli kənd sakinləri düşmənlə təmas xəttində üz-üzə olmasına baxmayaraq heç nədən qorxmadıqlarını və heç zaman kəndlərini tərk etməyəcəylərini deyiblər. Sakinlər vurğulayıblar ki, kəndə elektrik enerjisi, təbii qazın verilməsinə baxmayaraq su qıtlığından əziyyət çəkirlər: “Kənddə cəmi bir artezian quyusu var. Bütün kənd sakinləri gündəlik suya olan təlabatlarını ödəmək üçün buradan su gətirirlər. Bəzi sakinlərin evləri bu artezian quyusundan 3-5 kilometr aralı olduğundan sözü gedən məsafəni piyada su gətirməyə gedirlər. Digər bir problem isə artezian suyunun içmək üçün yararsız olmasıdır. Buna görə də məcbur olub, suyu pulla alırıq. Dəfələrlə müvafiq qurumlara müraciət etməyimizə baxmayaraq, hələ də su probleminin həlli üçün tədbir görülmür”. 

Sakinlər mətbuat vasitəsilə “Azərsu” ASC rəhbərliyinə müraciət ediblər. Müraciətdə deyilir: “Sovet dövründə kəndə su xətləri çəkilib. Amma müstəqillik illərindən bu yana kəndə su verilişi dayandrılıb. Biz xahiş edirik ki, kəndə su verilişini bərpa edəsiniz”.