“Düşüncələr və arzular” təqdim olundu - Fotolar

dusunceler-ve-arzular-teqdim-olundu
Oxunma sayı: 1391

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə oktyabrın 3-də BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən artıq incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

Abidənin açılışında Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, mərkəzi qərargahı Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatların rəhbərləri, BMT-nin Cenevrə bölməsinin struktur rəhbərləri və əməkdaşları iştirak ediblər.

Açılışda BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller çıxış edərək Ariana parkındakı abidələr kolleksiyasını zənginləşdirən maraqlı incəsənət əsərini hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. 
Sonra tədbir iştirakçıları abidənin üzərindəki örtüyü açıblar