“Düşünürdüm ki, o, həyatımda sonuncu kişi olacaq”- - Aygün

dusunurdum-ki-o-heyatimda-sonuncu-kisi-olacaq-
Oxunma sayı: 7014


Xalq artisti Aygün Kazımova “APA TV”də yayımlanan “Üç valet” verilişinin qonağı olub. 

“Qafqazinfo”nun məlumatına görə, aparıcıların suallarını cavablandıran xalq artisti Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsindən danışıb: “Anamla sağollaşmağımı heç vaxt unutmaram. İki yaşlı qızımı qoyub döyüş paltarımı geyinib Qarabağ döyüşlərinə tibb bacısı kimi getdim. Bu mövzunu ətraflı açıqlamamışam. Bu şou-biznes, əyləncəli mövzu deyil. Məcbur olub bu haqda danışmışam. Məni ləkələmək üçün dedilər ki, yalandan deyirəm döyüşə getmişəm. O günləri heç vaxt unutmaram, hasarın üstə başı kəsilmiş əsgər gördüm. O günləri unutmaq çox çətindir”. 

Xalq artisti Namiq Qaraçuxurlu ilə münasibətlərindən də danışıb: “Bu sahəyə meyxananın vacib bir anında qoşuldum. Meyxana yox olmaq həddində idi. Namiq Qaraçuxurlu istedadlı sənətçidir. O, çox istəyirdi ad alsın. Hər zaman məni təqdim edəndə deyirdi, xalq artisti Aygün Kazımova, mən də deyirdim ki, əməkdar artist adına həsrət qalan Namiq Qaraçuxurlu. Mənə meyxana deyənlər avara insan imici bağışlayırdı. Namiqdən çox şeylər öyrəndim. Namiqdən yadımda mahnılarımız qalıb.Yeddi il Namiqlə bir damın altında bir yastığa baş qoymuşuq. Çox təəssüf ki, xatirələr mənə xoş təsir bağışlamır. Düşünürdüm ki, Namiq mənim həyatımda sonuncu kişidir. Yuxuda da kişi görmürdüm. Bir anda Namiq mənim üçün bitdi. Təssüf ki, aldandım”.