Düyü dənəsindən də kiçik kompüter hazırlandı

duyu-denesinden-de-kicik-komputer-hazirlandi
Oxunma sayı: 1568

Miçiqan Universitetinin alimləri dünyada ən kiçik kompüter hazırlayıblar.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Michigan Micro Mote” adlanan və eni 0.3 mm təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görsənir.

Yeni mikrokompüter prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür. Enerji kəsilən kimi isə bütün məlumatı itirir.

“Michigan Micro Mote” kompüteri aşağıdakı istiqamətlərdə istifadə edilə bilər:

Xərçəng xəstəliyinin tədqiqatı;

Qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi;

Neft rezervuarlarının monitorinqi;

Biokimyəvi proseslərin monitorinqi;

Səsli və videomüşahidə;

Kiçik ilbizlərin tədqiqatı.