“Düzdür, problemlərimiz var…” - Əminədən etiraf

duzdur-problemlerimiz-var
Oxunma sayı: 2523

Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın xanımı Əminə Sandal açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, o, bir neçə gün bundan əvvəl vəkillə görüşməsi, boşanmaq barədə protokola imza atması barədə yayılan xəbərlərə münasibət bildirib. 

Ə. Sandal ilk əfə əri ilə münasibətlərinin gərgin olduğunu etiraf edib:

“O, mənim işimlə bağlı prosesləri görən vəkilimdir. Mustafa ilə çətin bir dövr keçiririk. Boşanıb-boşanmayacağımız dəqiq deyil. Düzdü, problemlərimiz var, amma dəqiq ayrılmaq barədə bir qərara gəlməmişik”.